Mömin gücünü haradan alır?
İnsanın bu həyatda bir çox şeyə ümid edər, uzaq-yaxın hədəfləri sahib olar. Onlara aparan yol isə uzun olub tikanlıdır.
Fərqli çətinliklər və çoxlu maneələr vardır. Bu maneələr ya Allahın qoyduğu təbiətin qanunudur, ya da insanların törətdikləridir. Buna görə də insanı daim çalışan və səy göstərən halda görürük. İnsan ağrı-acılara, maneə və çətinliklərinə üstün gəlmək istəyir ki, ümid və arzularını qoyduğu hədəflərlə həyata keçirsin. İnsan bu keşməkeşli həyatda elə bir gücə və qüvvətə ehtiyac duyur ki, ona dayaq olsun, bərk tutsun, hər zaman dəstək olsun, əlindən tutub irəli aparsın, çətinlik və maneələri əzərək keçsin və yoluna işıq salsın. Arzu olunan bu qüvvətə isə yalnız və yalnız Allaha iman gətirən bir əqidə ilə sahib olmaq mümkündür.
Allaha iman: Mömin qüvvətlidir; Çünki o qüvvətini Uca və Böyük Allahdan alır, Ona iman edib təvəkkül edir. Çünki inanır ki ki, möminlərə kömək edən, batil insanları isə zəlil edən Rəbbi daim onunladır. “Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Müdrikdir!” (əl-Ənfal, 49). O, izzət sahibidir. Ona təvəkkül edəni darda qoymaz, O, hikmət sahibidir, Onun hikmətinə tabe olub, boyun əyən azmaz.
Allaha imandır bizə ruh verən, qüvvətləndirən. Mömin bəndə yalnız Allahdan xeyir diləyər və yalnız Onun cəza və əzabından qorxar. Bunun xaricində olan heç bir şeyi vecinə almaz, çünki əsl qüvvəti əldə etmişdir.
O, elə bir qüvvət sahibidir ki, silaha ehtiyacı yoxdur, mülk Onundur, qızıl-gümüşə ehtiyacı yoxdur, izzətlidir qohum-əqrabaya da ehtiyac duymaz.
Mömin imanı ilə o qədər qüvvətli və güclü ola bilər ki, külək, yağış, dənizdəki dalğalar belə ona heç nə edə bilməz. Peyğəmbərimizin (s) bir hədisində: “Allahı həqiqi tanıya bilsəniz, sizin duanızla dağları yox edər”.
